Kiyevdən sərt addım - `Moskva` sözü götürüldü


18:58     07 İyul 2016 400a73a37bc8893e984f06445be132e2.jpg

Bu gün Kiyev Şəhər Şurası paytaxtın Moskva prospektinin adının dəyişdirilərək Stepan Bandera adlandırılması ilə bağlı qərar qəbul edib.


Femida.az xəbər verir ki, bu barədə Kiyev Şəhər Şurasının deputatı Yuri Sirotyuk öz "Facebook" səhifəsində yazıb. “Ura! Artıq Kiyevdə Stepan Bandera adına prospekt var. 97 deputatdan 87-si lehinə səs verdi. Əleyhinə səs verən olmadı. Ukraynaya eşq olsun” , - deyə o, qeyd edib.

Y. Sirotyuk Vatutin prospektinin Roman Şuxeviç prospekti adlandırılması məsələsinə baxılacağını da söyləyib.

Qeyd edək ki, Stepan Bandera Ukrayna millətçiliyinin ideoloqlarından biridir. O, 1930-40-cı illərdə fəaliyyət göstərmiş Ukrayna Millətçiləri Təşkilatının lideri olub. Faşistlər tərəfindən həbs edilib və müharibədən sonra azadlığa çıxıb. 1959-cu ildə Münhendə DTK agenti tərəfindən qətlə yetirilib. Roman Şuxeviş isə İkinci Dünya müharibəsi illərində həm faşistlərə, həm də sovet ordusuna qarşı müharibə aparmış Ukrayna Üsyançı Ordusunun komandanı olub. O, 1950-ci ilə qədər Ukraynanın müstəqlliyi uğrunda mübarizə aparıb və həmin il Ukraynada DTK əməkdaşları tərəfindən öldürülüb. (apa)

Femida.az

Açar sözlər:

Oxunub: 1912


Oxşar xəbərlər